Göygöldə dəhşət: 2 yaşlı uşaq vəhşicəsinə döyüldü - FOTO
29-09-2024, 00:14
İnsanlıq nə zaman vəhşiliyə çevrildi? Ailə Məcəlləsinə mütləq dəyişiklik edilməlidir... TEREF yazır ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz sosial şəbəkə səhifəsində yazıb. Kəmalə xanım daha sonra yazır: Rəsmi məlumat: "Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı, polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini bildirmişdir. Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərilmişdir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həbs olunub."