COP29-da istifadə olunan texnologiyaların taleyi necə olacaq ?
Bu gün, 08:54
COP29-da diqqət çəkən məqamlardan birisi də texniki-texnoloji təminatın yüksək səviyyədə olması idi. Cavabdeh qurum olaraq XRİTDX, cavabdeh İT şirkət olaraq Cyberpoint, ETSN İT komandası böyük əmək sərf edərək dayanıqlı və keyfiyyətli iş ortaya qoya bildilər.
Maraqlıdır ki, tədbir çərçivəsində xeyli, yüzlərlə, minlərlə kompüterlərdən, noutbuklardan, server avadanlıqlarından, monitorlardan video-müşahidə sistemlərindən və s texnologiyalardan istifadə edilib.
İndi görəsən onların taleyi necə olacaq ? Onlardan necə effektiv istifadə olunacaq?
Maraqlıdır görəsən CİSCO hansı şərtlərlə öz avadanlıqlarından istifadəyə imkan yaradıb ? İndi onlardan necə istifadə olunacaq?
Xatırlayıram ki, bundan öncə ölkədə təşkil olunan böyük tədbirlərdə, İlk Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və s. texniki-texnoloji təminata cavabdeh şirkətin (Eurodesign) istifadə etdiyi noutbuklarla sonradan az qala futbol oynanılmasının, avadanlıqların mağazalarda və əllərdə dəyər-dəyməzinə satılmasının da şahidi olmuşduq.
Ümid edirəm COP29-da istifadə olunan texnologiyalardan gələcəkdə effektiv istifadə olunacaq.
Medianın bu məsələni COP29 təşkilatçılarından sorğulaması faydalı olardı.
Osman Gunduz
TEREF