"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

4-12-2024, 08:18           
"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb
"General Motors" (GM), ABŞ-ın Miçiqan ştatında yerləşən batareya fabriki üzrə hissələrini "LG Energy Solution" şirkətinə satacağını açıqlayıb.

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, "GM" tərəfindən yayılan məlumata görə, Miçiqan ştatının Lansinq şəhərində inşası demək olar ki, tamamlanmış "Ultium Cells" batareya hüceyrəsi istehsalı müəssisəsindəki hissələrin ortaq tərəfdaş "LG Energy Solution" şirkətinə satılması ilə bağlı razılıq əldə edilib.

Bildirilir ki, satışın 2025-ci ilin ilk rübündə tamamlanacağı gözlənilir. Bu əməliyyatın "GM"in "Ultium Cells" şirkətindəki mülkiyyət payına təsir etməyəcəyi vurğulanıb.

Şirkət həmçinin qeyd edib ki, elektrikli avtomobillərə artan tələbi ödəmək üçün Ohayo və Tennessi ştatlarındakı "Ultium Cells" zavodlarından istifadəsini davam etdirəcək. "LG Energy Solution" isə avadanlıqların quraşdırılmasına başlamaq üçün demək olar ki, tam hazır vəziyyətdə olan Lansinq müəssisəsindən yararlana biləcək.

Hazırda "Ultium Cells" Lansinq müəssisəsində təxminən 100 nəfər işçi çalışır. Şirkət, əvvəlcədən elan etdiyi işlə təmin etmə öhdəliklərini yerinə yetirməkdə irəliləyiş əldə etdiyini də bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru