Yeni nəsil kassa aparatları ilə dövriyyə 12%-ə yaxın artıb

10-12-2024, 15:08           
Yeni nəsil kassa aparatları ilə dövriyyə 12%-ə yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 19 milyard 808,3 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyard manatdan və ya 11,5 % çoxdur.

Bildirilib ki, bu il dekabrın 1-nə qədər ölkədə 103 419 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.