AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..

Bu gün, 10:40           
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... -
"Hazırkı AMEA prezidenti Həbibbəyli İsa sabiq AMEA prezidenti Mehdiyev Ramizin Baş direktor kimi əmanət qoyub getdiyi Məmmədli Nadirə tapşırıb ki, müdafiələrdə opponentləri yalnız dəstə üzvlərindən təyin etsin. 10 ildir Nəzəri dilçilik şöbəsinin müdiri ola-ola, müxtəlif bəhanələrlə mənə bir dənə də olsun, opponentlik verməyiblər". "DİA-AZ" xəbər verir ki, bunu özünün müstəqil f8ikirləri ilə seçilən və davamlı olaraq AMEA strukturlarındakı özbaşınalıqları ifşa edən Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
O daha sonra əlavə edib: "Heç bir alim mövqeyi və alim prinsipiallığı olmayan, yalnız Mehdiyevin və Həbibovun tapşırıqlarına boyun əyən Baş direktor Məmmədov məntiqsiz bəhanələr gətirir. Guya Famil Mustafayev belə tapşırıb. Halbuki 2019-2020-ci ildə F.Mustafayevin məlum qərarından sonra AAK-da ekspert qismində məhz dil nəzəriyyəsi üzrə neçə-neçə dissertasiyaya son rəyi verməyi Famil Musatfayev mənə tapşırıb.
Akdemik diplomu, ya professor attestatı biliyə dəlalət etmir, ay İsa müəllim, ay Nadir müəıllim. Siz bu gerçəyin bariz nümunəsi deyilsinizmi?! Nə paxıl adamsınız! Təkcə paxıl olsaydınız nə var idi ki?! Həm də çox ziyanlısınız! Nə var, nə var, dövlət opponent üçün qonorar verir (fəlsəfə doktorluğuna opponent olanda 300 manat, elmlər doktorluğuna 500) və o qonorar Abbasovun ailəsinə getməməlidir.
Bu davarnışın bir adı var: görməmişlik, acgözlük, qəddarlıq, vicdansızlıq.
Akademik təfəkkürün çürüklüyü budur: Kef-damaqda olan akademşəbəkənin antidövlət fəaliyyətlərini, riyakarlığını, xəyanətlərini ifşa edənlər akademik təzyiq altında hətta iqtisadi (maddi) blokadaya salınmalıdırlar..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.