Səhiyyə sistemindəki həbslər: `İsmayıllıya da gəlin...` - sakinlər ÇAĞIRIŞ ETDİ
Dünən, 12:15
Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyində həbslər həyata keçirilib və bu zaman nazir Teymur Musayevin də hədəfə çevrildiyi yerli KİV-də iddia olunmaqdadır. Qeyd edək ki, bu həbslərin səhiyyə sistemindəki özbaşınalıqlara son qoyacağına ümidlənən sıravi vətəndaşlar isə "DİA-AZ"a müraciətlərində çağırışlar da səsləndirilər.
Belə ki, redaksiyamız ayazan İsmayıllı rayon sakinləri eyni proseslərin - yəni həbslərin onların rayonlarında da keçirilməsinin vacibliyindən danışırlar.
Sakinlər yazır: "Həbslər İsmayıllı səhiyyəsinə də çatmalıdır.
Bu gün İsmayıllıda səhiyyə sisteminin başına dayananlar xəstələrə şəfa verməkdənsə, pul qazanırlar... maliyyı fırıldaqçılığı ilə məşğuldurlar.
Onların başında isə İsmayıllı rayon Mərkəz Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimovdur. O, xəstəxanada qohumunun iştirakı ilə özünə holdinq açıb ki, nəticədə də..."
Qeyd edək ki, müraciətdə ittihamlar var ki, bununla bağlı müəyyən araşdırmalar aparılır. Və yaxın vaxtlarda daha geniş materialı təqdim edəcəyik.
Müraciət müəllifləri sonda hüquq-mühafizə orqanlarına çağırış edərək, İsmayıllı səhiyyəsində də əməliyyat keçirilməsini xahiş edirlər.