Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 18:18
Hər yeni il ərəfəsində təhsil müəssisələrində şagirdlərdən bayram şənlikləri ilə bağlı məcburi pul yığılması barədə xəbərlər yayılır. Valideyinlər sosial şəbəkələrdə bu vəziyyətdən narazı olduqlarını bildirirlər.
Bəs görəsən məktəblərdə bayram şənlikləri üçün pul yığılması nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:
"Təbii ki, burda həqiqət payı var. Lakin, əvvəlki illərə nisbətən bu hadisələr nisbətən azalıb. Hər il bu ərəfələrdə bəzi məktəblərdə yeni il şənlikləri ilə bağlı pul yığılır. Bəzi müəllimlər özləri sinif daxilində bunu edir ki, digər siniflərdən geri qalmasınlar. Mən anlamıram ki, burda geri qalmalı nə var. Məsələn 4a sinif yeni il şənliyi etdi, amma 4b sinifi etmədi. Bu o deməkdir ki, 4b sinifi 4a-dan aşağıdır? Əgər təhsildə rəqabəti bir müəllim bununla ölçürsə, həmin müəllimin təhsilimizdə yeri yoxdur. Belə halların çox şahidi olmuşam. Bu xüsusilə ibtidai siniflərdə çox yaşanır. 1-4 cü siniflərdə bayram şənliklərinin keçirilməsinə müəllimlərlə yanaşı, elə valideyinlər də səy göstərirlər. Sonrakı siniflərdə isə bu hal azalır. Valideyinlər də məktəbin başını buraxır, uşaqlarına nəzarəti zəiflədirlər.
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - AÇIQLAMADediyim kimi, mən məktəb daxilində yeni il şənliklərinin vacib olduğunu düşünmürəm. Düzdür, hamımız uşaq olanda bu şənliklərdə iştirak etmişik. Düşünmüşük ki, bunun olması yaxşıdır, birlik və bərabərlikdir. Amma hansı birlik? Hansı bərabərlik? Bu gün 3 saatlıq bayram şənliklərində iştirak edib birlik və bərabərlikdən danışa bilmərik. Biz öz rəqabət mexanizmimizi düzgün qiymətləndirməliyik. Mən bu məsələlərin yolverilməz hesab olduğunu düşünürəm".