"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər"

Bu gün, 00:05           
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər"
Bakının Nərimanov rayonu Mayakovski 15 ünvanının 250-ə yaxın sakini Nərimanov Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən şikayətçidir.

Bu barədə Pravda.az-a müraciət edən sakinlər bildiriblər ki, 2023-cü ildə, yaşadıqları qəzalı binanın köçürülməsi üçün onlara hər kvadratmetrə 2000 AZN təklif olunub, lakin razılıq əldə olunmayıb.

Onlar ötən il Prezident İlham Əliyevə ünvanladıqları müraciəti xatırladaraq bildiriblər ki, həmin müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən cavab göndərilib.

“Bildirildi ki, yuxarı instansiyalara müraciətlər nəzərə alınaraq, bina sökülür. Əvəzində isə inşa olunan yeni binada mənzillə təmin olunacağımızı dedilər. Həmin cavabdan 1 ildən çox vaxt keçib. Nərimanov Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları bizi görüşə dəvət ediblər. Bina tikmək əvəzinə, bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər”.

Xatırlatma: Sözügedən məsələ ilə bağlı Nərimanov RİH-nin Pravda.az-ın sorğusuna göndərdiyi 7 fevral 2023-cü il açıqlamada bildirilmişdi ki, həmin ünvandakı yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir. Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.