Nazirlik qalmaqallı iş adamının şirkətinə 1,6 milyonluq tender verdi

27-12-2024, 07:54           
Nazirlik qalmaqallı iş adamının şirkətinə 1,6 milyonluq tender verdi
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində abadlıq və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Global İnteriors Group" şirkəti seçilib. Nazirlik abadlıq və təmir işlərinə 1 658 500 manat xərcləyəcək. Abadlıq və təmir işlərinin hansı təhsil müəssislərində aparılacağı məlum deyil.

"Global İnteriors Group" şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Hacıyev Ruslan Şahin oğludur.

Şirkətin təsisçisi isə iş adamı Yaqub Hüseynovdur. O, həm də "Bridge Group" şirkətinin təsisçisidir.

"Global İnteriros Group" şirkəti tikinti, interyer dizayn və mebel sahəsində fəaliyyət göstərir.

Yaqub Hüseynovun adı bir neçə il əvvəl xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun əsas fiqurant olduğu torpaq qalmaqalında hallanırdı. Həmin vaxt mediada gedən məlumatlarda iddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qanunsuz yollarla ələ keçirilən torpaqları Yaqub Hüseynov satın alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru