Əmək münasibətləri sahəsində işəgötürənin hansı vəzifələri var?

Bu gün, 08:18           
Əmək münasibətləri sahəsində işəgötürənin hansı vəzifələri var?
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri vardır və bu vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır:
1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.
2. Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyi ilə nəzərdə tutulan normativ hüquqi aktların tələblərini yerinə yetirmək.
3. Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada əmək müqaviləsi bağlamaq və onu ləğv etmək.
4. Kollektiv müqavilələr, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.
5. Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.
6. İşçilərin ərizə, şikayət və müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxmaq.
7. İşçilərin əmək, maddi, sosial-məişət, rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), müvafiq olaraq zəruri tədbirlər görmək.
8. İşə qəbul, işdə irəli çəkilmək, işdən azad edərkən bütün işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.
9. Əmək münasibətlərində bütün işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək.
10.Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu təmin etmək.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.