Təhsil ocağında qalmaqal: "Pullu məktəb etmək istəyirlər"

13-02-2025, 12:28           
Təhsil ocağında qalmaqal: "Pullu məktəb etmək istəyirlər"
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.

TEREF-in Baku TV-yə istinadla xəbərinə görə, onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.

"Şəhərin mərkəzində olan məktəbdir, mindən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?", - deyə valideynlərdən biri narazılığını dilə gətirib.

Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr aparılıb:

"Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru