Azərbaycanda pensiya ödənişləri ləğv edilir? - AKTUAL

23-03-2025, 10:44           
 Azərbaycanda pensiya ödənişləri ləğv edilir? - AKTUAL
Azərbaycanda ildən-ilə pensiyaçıların sayında azalma müşahidə olunur. İddialara görə, yaşın artırılması da məhz buna xidmət edir. Yəni pensiya alanların sayı azalsın və gələcəkdə ödənişlər ləğv edilsin.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yəni hazırda kişilərdə pensiya yaşı 65-dir, qadınlarda isə bu il 64 olacaq.

Pensiya ödənişləri gələcəkdə ləğv oluna bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli iddiaların əsassız olduğunu deyib:

“Düşünmürəm ki, azalma tendensiyası yaş artımı ilə əlaqəli olsun. Bu gün ölkədə 3 formada ödəniş olunur – ailə başçısının itirildiyinə görə, yaşa görə pensiya və əmək pensiyaları…Bunlar arasında əlilliyə görə və ailə başçısını itirdiyi üçün təqaüd alanların sayı azalıb. Digər tərəfdən, pensiya yaşının artması bəzi hallarda saya təsir göstərə bilər. Lakin gələcəkdə pensiya ödənişlərinin ləğv edilməsi fikri absurddur”.

İqtisadçı bildirib ki, belə qayda dünyanın heç bir yerində yoxdur:

“Hesab edirəm ki, hər ölkənin əsas prioritet istiqamətlərindən biri pensiya hüququnun tanınmasıdır. Bu da mütəmadi olaraq həyata keçirilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.