Biləcəridə yağış yağdıqdan sonra evlərin zirzəmilərini su basır VİDEO
24-03-2025, 11:38
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yağış yağdıqdan sonra evlərin həyətinə, zirzəmilərə suyun dolmasından narahatdırlar.
Belə ki, Yeni massiv, İpəkyolu döngəsi, 6 ünvanında yaşayan şəxslər bildirirlər ki, vəziyyət illərdir bu cürdür.
Sakinlər "Xəzər xəbər"ə bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti zəngləri cavabsız qoyub.