AYNA sərnişinləri işə salıb – prezidentə müraciət

31-03-2025, 12:49           
AYNA sərnişinləri işə salıb – prezidentə müraciət
“Şikayətimiz AYNA və 135 saylı marşrutdandır. Həmişə Xırdalanda “market” deyilən dayanacaq var, orda saxlayırdılar. İndi Mühəndislik universitetinin qarşısında (sonuncu dayancacaqda) saxlayırlar. Sürücülərdən şikayətçi deyilik, qınamırıq, deyirlər, saxlasaq, AYNA kamerası 100 manat cərimə yazır”.

Tribunainfo.az-ın verdiyi məlumata görə, bunu Sahil Baxış adlı sosial media istifadəçisi yazıb. Onun sözlərinə görə, dispetçer müraciət edib: “Deyir ki, AYNA tapşırıb. BMU-dan market deyilən yerə 15-20 dəqiqəlik piyada yoldur. Xəstəsi, qocası, əli uşaqlısə var, ümumiyyətlə, o boyda yolu piyada gedə bilməzlər” . O, dövlət rəhbərliyindən kömək istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru