Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Bu gün, 09:44           
Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib
2025-ci ilin yanvar ayında Azərbaycana müxtəlif ölkələrdən toplamda 47 608 ədəd elektrikli saç qurudanları gətirilib.

Valyuta.Az xəbər verir ki, idxal olunan fenlərin 1 ədədin gömrük dəyəri təxminən 7.36 dollar və ya 12.51 manat olub.

Məlumata əsasən, sözügedən məhsulun ən ucuz idxal olunduğu ölkə Çin, ən baha idxal olunduğu ölkə isə Honkonq (Çinin xüsusi inzibati rayonu) olub. Belə ki, fenlərin 1 ədədi Çindən təxminən 6.77 dollar və ya 11.51 manata, Honkonqdan isə 400 dollar və ya 680 manata gətirilib.

Sayca ən çox idxal həyata keçirilən ölkə isə Çin olub. Belə Çindən yuxarıda qeyd olunan qiymətlə 1 ayda 46 775 ədəd fen gətirilib.

Həmçinin Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından təxminən 636.09 manatdan 12 ədəd, İsveçrədən 59.50 manatdan 10 ədəd, Koreya Respublikasından 422.88 manatdan 8 ədəd, Tailanddan 43.21 manatdan 745 ədəd, İtaliyadan isə 68.87 AZN 39 ədəd idxal həyata keçirilib.

Ən az idxal isə Türkiyə (4 ədəd) və Malayziyadan (3 ədəd) olub. Bu ölkələrdən idxal olunan malın 1 ədədin gömrük dəyəri müvafiq olaraq 25.50 manat və 674.34 manat olub.

Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulun idxalı təxminən 2.11 dəfə artıb. Ən ucuz şəkildə idxal olunan ölkə Rusiya, ən baha idxal olunan ölkə isə Səudiyyə Ərəbistanı olub.

Aşağıdakı cədvəldə ötən ilin yanvar ayında idxalın həyata keçirildiyi ölkələri və məhsulun 1 ədədinin təxmini gömrük dəyərini görə bilərsinizölkə
ölkə ədəd orta qiymət
Rusiya 2 8.50 AZN
Birləşmiş Ərəb Əmirlikləri 1 765.00 AZN
Çin 21 346 16.85 AZN
Malayziya 100 723.01 AZN
Tailand 142 39.15 AZN
Türkiyə 337 19.28 AZN
İtaliya 651 64.70 AZN












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.