Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20%-ə yaxın artıb

Bu gün, 11:44           
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20%-ə yaxın artıb
Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 402,9 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3%, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 19,4 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 382,2 milyon manatı və yaxud 69,3 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,8 %-dən 24,5 %-ə yüksəlib.

Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 810,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2%-dən 6,2 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.