Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib

7-04-2025, 12:18           
Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib
ABŞ artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğv olunmasını müzakirə etmək üçün danışıqlara başlamaq üçün müraciətlər alıb.

"Report"un "ABC News" telekanalına istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.

"Mən dünən ABŞ-nin ticarət nümayəndəsindən hesabat aldım ki, 50-dən çox ölkə danışıqlara başlamaq üçün ABŞ Prezidenti Donald Trampla əlaqə saxlayıb və onlar bunu çoxlu tariflərlə üzləşdiklərini başa düşdükləri üçün edirlər", - Hasset deyib.

Hasset həmçinin bildirib ki, Vaşinqton Moskvaya idxal rüsumları tətbiq etməyib, çünki Tramp bu məsələnin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara mane olmasını istəmir.

“Aydındır ki, Rusiya və Ukrayna ilə danışıqlar gedir və mən hesab edirəm ki, prezident bu iki məsələni qarışdırmamaq barədə qərar qəbul edib”, - o deyib. Hasset əlavə edib ki, Rusiyaya tarifləri artırmaqdan imtina ABŞ-Nİn gələcəkdə Rusiyaya kökündən fərqli münasibət göstərəcəyi anlamına gəlmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru