'Azadlıq City'nin sakinləri “kupçasız” qalıb — Qurumlar problemi bir-birinin üzərinə atırlar

7-04-2025, 08:58           
'Azadlıq City'nin sakinləri “kupçasız” qalıb — Qurumlar problemi bir-birinin üzərinə atırlar
"Azadlıq City" yaşayış kompleksinin tikintisini həyata keçirən "İnam-İnshaat 555” MMC sakinlərin etimadından sui-istifadə edərək, vətəndaşların hüquqlarını pozmaqda ittiham edilir. Vətəndaşlar mənzillərdə kommunal və.s kimi problemlərin bitmədiyini bildirirlər. Problemlər içərisində onları ən çox narahat edən isə illərdir yaşadıqları mənzillərdən “çıxarış” ala bilməmələridir. Problemlə bağlı vətəndaşlar tərəfindən Demokrat.az saytına şikayət daxil olub.

Bina sakini Kamran Quliyev bildirib ki, “Azadlıq City” yaşayış kompleksində iki bina istismara verilib:

“Blok B” sakinlərinə “çıxarış” verilsə də, “Blok A” sakinləri sənədi əldə edə bilmir. Bakı Şəhərsalma Baş İdarəsi mənzillərlə bağlı istismar aktı verməlidir. İstismar aktı mənzillər vətəndaşlara təhvil verildikdən sonra alınır. Mənzil-Tikinti Koorperativləri Şəhərsalma İdarəsindən istismar aktı almalıdır ki, vətəndaşlara “çıxarış” üçün sənəd verilsin. Bakı Şəhərsalma Baş İdarəsi və Mənzil-Tikinti Koorperativləri problemi bir-birinin üzərinə atır. “Azadlıq City” yaşayış kompleksinin tikintisini həyata keçirən "İnam-İnshaat 555” MMC sənədləri lazım olan qurumlara təqdim edib”.

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru