"Bizə isə bu da azdır, əcəb olur bizə" - ETİRAZ VAR...
Bu gün, 10:36

Tanınmış sənətçi Nura Suri "Premium Bank"ın özbaşınalığından, daha dəqiqi müştərilərə narahatçılıq yaradan yeni uyğulamalarından gileylənir. "DİA-AZ" xəbər verir ki, narahatçılığını ifadə edən müğənni bunları yazır:
"Deməli, bütün şirkətlər qanunsuzluq edə bilir Azərbaycan vətəndaşlarına qarşı və bizim hüquqlarımız qorunmur.
"Premium Bank" kartları (Visa Infinite, Visa Signature, Visa Platinum) 1-2-3 illik müddətinə görə qiymətləri 250-650 AZN arası dəyişir. Bu kartlar bu qiymətə əlavə xidmətlərinə görə müştərilər tərəfindən əldə edilir.
Fərz edin ki, siz "Premium bank"ın saytında xidmətlər haqqında məlumatı oxuyub, gedib bu kartları alırsınız və həmin bankın xidmətlərinə etibar edirsiniz.
2023-cü ildə aldığınız kartlara (2-3 illik) 2025-ci ildə sizə yeni qanun haqqında bildiriş gəlir.
Bu yeni qanun əslində göstərilən tarixdən sonra alınan kartlara şamil edilməlidir. Amma Visa belə qərar alıb ki, bütün kartlara aiddir və siz 35 gün ərzində Apple Pay , Google Pay-lə 500 manatlıq nəsə almalısınız. Yoxsa kartın xidmətlərindən istifadə edə bilməzsiniz.
Misal üçün; Oğlumun telefonu ilə mənim telefonum eyni mailə bağlıdır. Yəni, o hər hansısa bir oyun yükləyib rahatlıqla mənim kartımdan istifadə edə bilər. Bu səbəbdən, üç kartımdan yalnız biri telefonuma bağlıdır. Beləliklə, bir bankın üç kartına pul ödəyib almışam və xidmətlərdən faydalanmaq üçün hər üç kartdan 500 manatlıq alış-veriş etməliyəm.
Vallah, xaricdə belə bir məsələyə görə kütləvi şəkildə şirkəti məhkəməyə verib kompensasiya alarlar, normal insanlar. Bizə isə bu da azdır, əcəb olur bizə".