4 qızdan sonra oğul övladını dünyaya gətirən ana doğuş zamanı öldü - Körpə də həyatını itirdi

24-04-2025, 11:49           
4 qızdan sonra oğul övladını dünyaya gətirən ana doğuş zamanı öldü - Körpə də həyatını itirdi
Masallıda doğuş zamanı ana və uşaq ölüb. Mərhumun yaxınları hadisədə həkim səhlənkarlığının olduğunu bildiriblər.

ATV xəbər verir ki, Masallının Təzə Alvadı kənd sakini, 36 yaşlı Nərmin Mehbalıyeva yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mərhumun həyat yoldaşı bildirib ki, qadın xəstəxanaya çatdırılanda sağlam olub və bütün tibbi müayinələrdən keçib:

"Qoluna sistem köçürüblər, hansısa dərmanları tətbiq ediblər, yerindəcə keçinib. Heç bir əməliyyat, heç bir müdaxilə olmayıb. Sadəcə, sağ qolunda sistem iynəsinin izi qalıb. Gecə yoldaşımın sancısı tutan zaman doğum evinin müdirinə zəng etdim. Dedi ki, başım ağrıyır, aparın oraya, növbətçi həkim var. Problem olarsa, mən də gələcəyəm. İlhamə Nağıyeva adlı həkim idi. İçəri girdilər, bir xəbər çıxmadı. Hadisə barədə bizə məlumat verilmədi. Mən içəri daxil olub yoldaşımı göyərmiş vəziyyətdə uzanmış gördüm. Yanında da heç kim yox idi".

Qeyd edək ki, ailə dörd qızda sonra beşinci övladı olan oğlan övladının dünyaya gəlməsini gözləyirdi.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, həkimlər ananın uşağı sağlam dünyaya gətirməsi üçün lazımi tibbi xidmətlər göstəriblər. Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə göndərilib. Müayinələrin nəticəsindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.