“Bakı 977 saylı aptek” nağd hesablaşma qaydalarını pozdu - Sanksiyası tətbiq olundu
Bu gün, 09:24
Bakıda yerləşən “BAKI 977 SAYLI APTEK” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) vergi qanunvericiliyinin tələblərinin pozulması səbəbilə maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən müəssisədə aparılan operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı müəyyən edilib. Faktla bağlı tərtib edilən akt əsasında aptekə 1000 manat məbləğində maliyyə cəzası tətbiq edilib.
Bildirək ki, “Bakı 977 saylı aptek” MMC-nin qanuni təmsilçisi Yuriy Yevsyutin Stepanoviçdir. Cəmiyyətin nizamnamə kapitalı isə cəmi 50 manat təşkil edir.
Məlumat üçün bildirək ki, belə cərimələr Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatından istifadə edilmədikdə və ya digər prosedur qaydaları pozulduqda tətbiq olunur.