İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq

1-05-2025, 09:10           
İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq
İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq.

Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakı səfərinin ardınca Azərbaycan Prezidenti İlham Əliyevin razılığı və birbaşa göstərişi ilə İran Milli Bankının Bakı filialı fəaliyyətini yenidən bərpa edəcək.

Qeyd olunur ki, bu addım iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından müsbət hadisə kimi qiymətləndirilir və Azərbaycanın iqtisadi mühitində fəaliyyət göstərən iranlı iş adamları üçün sevindirici bir xəbər sayılır. Bu hadisə həmçinin Pezeşkianın Bakı səfərinin konkret iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru