Ət dükanlarının bağlandı - İcra hakimiyyətindən AÇIQLAMA

16-05-2025, 09:14           
Ət dükanlarının bağlandı - İcra hakimiyyətindən AÇIQLAMA
Şəmkirdə ət dükanlarının bağlı olma səbəbləri açıqlandı.
Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.
TEREF "Report"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.

Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.

Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru