Dəniz nəqliyyatı ilə yük daşımaları 13%-ə yaxın artıb

16-05-2025, 15:14           
Dəniz nəqliyyatı ilə yük daşımaları 13%-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 946 min ton təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 min ton və yaxud 12,7 % çoxdur.

Məlumata əsasən, yüklərin 48,5 %-ni neft yükləri olub. Dəniz limanları 4 milyon 543,1 min ton həcmində (+3,1) yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 3 milyon 797,9 min tonunu (+7,3 %) və yaxud 83,6 %-ni tranzit yüklər təşkil edib.

Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 ton və yaxud 15 % azdır.

2025-ci ilin 4 ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə danışıb.

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 700 nəfər və yaxud 8,1 % azalaraq 7,9 min nəfər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru