Qızıl bazarında saxta məhsullar satılır - İDDİA/VİDEO

16-05-2025, 15:18           
Qızıl bazarında saxta məhsullar satılır
Son vaxtlar zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.

Bu isə sadə vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur. Çünki qızılın saxta olub-olmadığını adi gözlə müəyyənləşdirmək mümkün deyil.

"Beş qramlıq qızıl almışdım, amma içindəki qızıl deyilmiş", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə deyib: "Aldığım qızılı yoxlatdırdım, sən demə, keyfiyyəti yaxşı deyilmiş".

Qanunvericiliyə görə, pərakəndə ticarət obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilmir.

Həmçinin ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanına əsasən, sözügedən sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib.

Qurumdan bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, ölkə ərazisində bu sahədə aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru