Yasamalda sakinləri ölümlə üz-üzə gətirən təhlükəli vəziyyət VİDEO

16-05-2025, 15:38           
Yasamalda sakinləri ölümlə üz-üzə gətirən təhlükəli vəziyyət
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasının çox yaxınlığından, həmçinin ərazidəki marketin içərisindən qaz xətti keçir.

Mövcud vəziyyət sakinlərin ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə, tikinti işlərini aparan şəxsə dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymur.

"Sözügedən tikilidən narazıyıq. Çünki qaz xəttinin üzərində inşa edilib. Əgər qaz sızması baş versə, bu, ağır fəsadlara yol aça bilər", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, qaz borusunun istiqamətinin dəyişdirilməsi barədə mənzilin sahibi ilə danışıqlar aparılıb. Yaxın müddət ərzində qaz təminatı müvəqqəti dayandırılaraq qaz borusu tikilinin içərisindən çıxarılacaq.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru