Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək

16-05-2025, 12:21           
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2 525 226 AZN xərclənəcək.

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə müqavilə bağlayıb.

Konkret hansı ərazilərdəki yolların təmir ediləcəyi açıqlanmayıb.

Qeyd: "Xezer-Construction” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru