Bu halda 7 gün əvvəl Xəbərdarlıq verilməsi ədalətli hesab oluna bilərmi?
Bu gün, 08:38

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu barədə yəni: "Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, əmək müqaviləsi ləğv edilərkən" işçiyə ən azı 1 ay əvvəldən xəbər verilməsi barədə AzərbaycanRespublikasının Milli Məclisinə, Millət vəkillərinə və aidiyyəti üzrə digər dövlət qurumlarına dəfələrlə yazılı müraciətlər edib, təkliflər verib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin əvvəlki redaksiyasında belə bir - Xəbərdarlıq verilməsi məcburi tədbir və ya norma kimi nəzərdə tutulmurdu.
Müddətli əmək müüaviləsindən fərqli olaraq digər hallarda, bu Xəbərdarlıq müddəti daha çoxdur. Məsələn: İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70 - ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğvedilməzdən əvvəl işçi-işəgötürən tərəfindən işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq 1 - 6 həftə müddətdə əvvəlcədən rəsmi xəbərdar edilir.
Nəhayət ki, 28.06. 2024-cü il AR Qanununun 73 - cü maddənin 1-ci hissəsində dəyişiklik edildi və Xəbərdarlıq müddəti ən azı 1 həftə müəyyən edildi.
Belə ki,AR Əmək Məcəlləsində qüvvədə olan əvvəlki redaksiyada deyilirdi: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Yəni, bu redaksiyada əvvəlcədən Xəbərdarlıq verilməsi nəzərdə tutulmurdu.
Sonradan, yəni 28.06.2024-cü il tarixli AR-sı Qanununa əvvəlcədən Xəbərdarlıq edilməsi barədə dəyişiklik edildi: Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
Yəni, bu redaksiyada əvvəlcədən Xəbərdarlıq verilməsi nəzərdə tutulur-1həftə əvvəlcədən
Əlbəttə, Azərbaycan Respublikası Əmək Məcəlləsinə edilən bu dəyişiklik də müsbət haldır. Ən azından işçi 1 həftə əvvəlcədən bilir ki, müqavilə müddəti bitdikdən sonra, onunla bağlanmış Əmək müqaviləsi ləğv ediləcək, o da boş ümidlərə inanmayacaq.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı isə o əsasdan bu 1 həftə müddətini az hesab edir ki, qeyd olunan müddətdə nadir hallar istisna olmaqla, işçinin iş yeri tapması qeyri mümkündür.
Digər tərəfdən, Praktikada bir qayda olaraq İşçi və İşəgötürən arasında 6 ay-1il müddəti üçün müddətli Əmək müqaviləsi bağlanılır. Əmək münasibətlərində olduğu müddətdə bu müqavilə eyni müddətdə bir neçə dəfə uzadılma səbəbinə görə işçidə bu müddətli əmək müqaviləsinin sanki ömürlük davam edəcəyi barədə fikir formalaşır və işçi digər iş yeri axtarmır. Müddətli əmək müqaviləsi ləğv edildikdə isə 1 həftə və ya daha çox müddətə iş tapa bilmir, işsiz qalır.
Yuxarıda, göstərilən səbəbdən görə hesab edirik, müddətli əmək müqaviləsi ləğv edilən zaman Əvvəlcədən Xəbərdarlıq - ən azından 1 ay müddətində olmalıdlr.
Azer Quliyev
TEREF