Putin: “Rusiya ilə Ukrayna arasında danışıqlar vacibdir”
Bu gün, 09:38
“Məsələləri sülh yolu ilə həll etmək üçün danışmaq lazımdır”
“Rusiya ilə Ukrayna arasında danışıqlar həmişə tələb olunandır və vacibdir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Valaamda görüşü zamanı deyib.
Onun sözlərinə görə, məsələləri sülh yolu ilə həll etmək üçün danışmaq lazımdır.
Rusiya lideri həmçinin Moskva ilə Kiyev arasında bu ilin mayında bərpa edilmiş danışıqları ümumilikdə müsbət qiymətləndirib.