Avstraliyada nəhəng həşərat tapıldı

Dünən, 17:58           
Avstraliyada nəhəng həşərat tapıldı
Avstraliyada elm adamlarını heyrətə salan yeni nəhəng həşərat növü kəşf edilib. "Acrophylla alta" adlandırılan bu böcək 40 santimetr uzunluğa və 45 qram ağırlığa malikdir. Çubuğa bənzəyən görünüşü olan həşərat təxminən bir qolf topunun çəkisindədir. O, bu göstəricilərlə indiyə qədər Avstraliyada qeydə alınmış ən iri həşərat olan nəhəng qazıyıcı tarakanı belə geridə qoyur.

"Zootaxa" jurnalı xəbər verir ki, nəhəng böcək Şimal Kvinslenddə, Aterton yaylasında aşkar olunub.

Maraqlıdır ki, bu kəşf sosial şəbəkədə paylaşılan bir fotoşəklin sayəsində baş verib.

Bioloq Ross Kouplend həmin görüntünü görən kimi bunun yeni bir növ ola biləcəyini düşünərək dərhal araşdırmalara başlayıb. Günlərlə davam edən axtarışlardan sonra alimlər nəhayət, iri dişi fərdi tutmağa müvəffəq olublar. Həşərat ağacların hündür budaqlarında yaşadığından, onu tutmaq üçün uzun çubuqdan istifadə edilib.


Aparılan tədqiqat nəticəsində böcəyin yumurtalarının xüsusiyyətləri onun doğrudan da yeni bir növ olduğunu təsdiqləyib.

Ekspertlər bildirirlər ki, bu həşərat daha əvvəl əlçatmaz yaşayış mühiti səbəbindən aşkarlanmayıb. Alimlər hesab edirlər ki, böcəyin iri ölçüləri onun meşələrin sərin və rütubətli şəraitində yaşamasına uyğunlaşmasına imkan yaradır.

Hazırda tədqiqatçılar qarşısında yeni bir vəzifə dayanır - bu növün erkək fərdini tapmaq. Bu isə əlavə çətinliklər yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru