Bədəlan hər zaman sizinlə fəxr edir İbadulla müəllim
Bu gün, 09:28

Cəbrayılov İbadulla Yadulla oğlu Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.Məhəmməd Peyğəmbər (ə.s.) Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.
Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi na ümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş insanlardan biri olan İbadulla kişi olub onu taniyanların yaddaşında xeyirxah nəcib insane kimi yadda qalan uzun illər Bədəlan kəndində sovxoz direktoru daha sonra icra numayendəsi vəzifələrində işləmişdi.Hamının rəğbətini qazanan İbadulla kişi kəddə olan insanların hamsına koməklik edər hamının prablemini öz prablemi bilib köməklik edərmiş.İbadulla haqqında yazmaqı qərar alıb Bədəlan kəndinə yola düşdüm Bədələn əhalisindən İbadulla müəllimi taniyirsiz sözümə hamının cavab belə oldu Allah o kişi rəhmət eləsin çox gözəl və xeyriyyəçi biri olub Övladlarına Allah can sağlığı versin mən elə bilirdim ancaq yaşlı nəsil İbadulla müəllimi taniyir ama gənclərimizdə İbadulla kişini çox yaxşı taniyir çünki hazırda İbadulla müəllimin övladlarıda xeyriyyə işiynən məşquldur oğlanları Firdovsi və Raqil ataların yolunu gedir hər zaman kənd əhalisinə koməkliklər edirlər. İbadulla müəllim Respulikada və Masallıda böyük nufuza sahib olması onun sakit mədəni əxlaqı olması və ziaylı olması idi. Yaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, nəsillərə bir örnək kimi nümunə göstərilirlər.
İbadulla kişidə hazırda gənc nəsilə örnək kimi göstərilir Ömür vəfa etməsə də, İbadulla müəllim xeyli iş görə bildi. Ancaq yəqin ki, bir çoxunu da görməyə macal tapmadı… O, aramızdan getdi, amma yaddaşlardan silinmədi. Silinməyəcək də. Çünki xeyirxah əməllər sahibi olan, yaxşı ad qoyub gedən insanlar unudulmur…Belə gözəl zamanda””insanların bahar sevinci ilə yaşadığı, gülün cilvələndiyi, bülbülün dil açdığı, təbiətin gülən anlarında yenə də İbadulla müəllimin ruhu bizimlədir, yaşadığı, gəzdiyi, həsrətində olduğu yerləri dolaşır və o, yada düşdüyü, sevildiyi, xatırlandığı, haqqında xoş sözlər söylənildiyi üçün sevinir. Onun ruhunun sevinməyə, gülməyə, həmişə bizimlə bir yerdə olmağa haqqı vardır. O, sağlığında öz əməlləri ilə bunu qazanmışdır. İndidə oğlu Firdovsi Cəbrayılov onun yolunu davam edir.
Qoy həmişə ruhun şad olsun, sevinsin İbadulla müəllim Allah Rəhmət Eləsin
Tərəf az
Cənubunsəsi
Jurnalist
Mərhəmət Lələyev