İki gündür analiz cavablarını ala bilmirik-Abşeron xəstəxanasında uzun növbə….Video

Bu gün, 09:16           
İki gündür analiz cavablarını ala bilmirik-Abşeron xəstəxanasında uzun növbə….Video
Abşeron Rayon Mərkəzi Xəstəxanasında insan sıxlığı, uzun növbələr yaranır.

Xəstəxanaya müraciət edən vətəndaşlar sıxlığı yaradan səbəbin aradan qaldırılmasını istəyirlər.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərrux Sədirov “Xəzər Xəbər”ə bildirib ki, tibb ocağına gündəlik müraciət sayı orta hesabla 3 000-3 500 nəfər təşkil edir. Hər bir vətəndaşa gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır.

Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcək mərhələdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması istiqamətində müvafiq işlər nəzərdə tutulub. Qeyd olunub ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru