Realiti-şou iştirakçısının qətlində yeni sübut: Avstraliyada itini gəzdirən kişi insan kəlləsi tapdı

Dünən, 17:18           
Realiti-şou iştirakçısının qətlində yeni sübut: Avstraliyada itini gəzdirən kişi insan kəlləsi tapdı
İtini gəzdirən kişi kolluqlar arasında insan kəlləsi tapıb və bu qalıqların Avstraliyada baş verən səs-küylü Culian Stori qətlinin mümkün qurbanına - yoxa çıxmış başına aid olduğu ehtimal edilir.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

"Hökumət orqanları 39 yaşlı Storiya məxsus başı iyunun 19-da Avstraliyanın cənubundakı Port-Linkoln şəhərində onun parçalanmış cəsədi tapıldıqdan sonra axtarırdılar", - deyə nəşr yazır.

Detektiv-support Darren Filkenin sözlərinə görə, ilkin araşdırma və məhkəmə ekspertizası mərkəzinə daxil olan məlumatlar nəticəsində məlum olub ki, qalıqlar, böyük ehtimalla, insana aiddir və çox güman ki, məhz Storinin başıdır.

Nəşr xatırladır ki, "Gözəl və Gik" ("Beauty and the Geek") realiti-şousunun keçmiş iştirakçısı, 34 yaşlı Tamika Suen Rouz Çesser kişinin qətlində ittiham olunur. İyunun 19-da həmin şəxsin cəsədi cütlüyün Eyr yarımadasındakı Port-Linkoln şəhərində yerləşən evində aşkar edildikdən sonra qadın saxlanılıb.

Filke bildirib ki, tapılmış kəllə məhkəmə-tibbi və elmi ekspertiza üçün Adelayd şəhərinə göndəriləcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru