Rus turistlərə nəzarət rejimi TƏTBİQ OLUNDU

Bu gün, 00:11           
Rus turistlərə nəzarət rejimi TƏTBİQ OLUNDU
Şimali Koreya altı ildən sonra ilk xarici turistləri qəbul etsə də, “tətil” anlayışı yerini sərt nəzarətə verib.

Vonsan kurort şəhərinə çatan rusiyalı turistlər hər addımda izlənilib, sahildə sərbəst gəzmələrinə və dənizə girmələrinə icazə verilməyib.

Turistlər “bələdçi” adı altında nəzarətçilərlə müşayiət olunub, hotellərdə qalmaq hüququndan da məhrum ediliblər. Səfər boyunca danışıqlar dinlənilib, smartfon istifadəsi məhdudlaşdırılıb.

Ekspertlər bunu Şimali Koreya rejiminin siyasi güc nümayişi və total nəzarət mexanizminin nümayişi kimi qiymətləndirir. Rus turistlər günəşli sahillər əvəzinə “kölgədə” və tam nəzarət altında bir “təcrübə” yaşayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru