Ukrayna kəşfiyyatı “Şahed” tipli dron hücumlarına rəhbərlik edən rus hərbçinin şəxsiyyətini müəyyənləşdirib FOTO

Bu gün, 00:01           
Ukrayna kəşfiyyatı  “Şahed” tipli dron hücumlarına rəhbərlik edən rus hərbçinin şəxsiyyətini müəyyənləşdirib FOTO
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) “Şahed” tipli dron hücumlarına rəhbərlik edən rus hərbçinin şəxsiyyətini müəyyənləşdirdiyini bəyan edib.
Kəşfiyyatın məlumatına görə, söhbət Rusiyanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ruslan Nikolayeviç Neqrubdan gedir. O, Krasnodar diyarının Korenovsk şəhərində dislokasiya olunmuş, “Kaskad” adlanan “QROM” ayrıca pilotsuz aviasiya briqadasının (h/h 35666-B) komandiridir.
“Həmin briqada Ukrayna ərazisinə qarşı ‘Şahed’ tipli dronlarla hücumlar həyata keçirir. İşğalçı bu vasitələrlə mülki və humanitar infrastruktura zərbələr endirərək dinc əhalini terrora məruz qoyur”, – deyə BKİ qeyd edib.
Ukrayna kəşfiyyatının bildirdiyinə görə, Ruslan Neqrub 1983-cü il yanvarın 4-də anadan olub. O, Stavropol Ali Hərbi Aviasiya Mühəndislik Məktəbinin məzunudur, həyat yoldaşı – Nadejda İvanovna Neqruba (doğum tarixi: 8 mart 1981) ilə birlikdə Stavropol diyarında yaşayır. Həmçinin onun pasport məlumatları da açıqlanıb: seriya 9002 № 447425, sənəd 2003-cü il aprelin 17-də Şimali Osetiya–Alaniya Respublikasının Mozdok rayon polis idarəsi tərəfindən verilib.
BKİ əlavə edib ki, mülki infrastruktura zərbələr endirən Rusiya bölmələrinin hərəkətləri hərbi cinayət kimi qiymətləndirilir və onlar üçün “ədalətli cəza” nəzərdə tutulacaq.
Джавид Дамирли
teref












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru