Türkiyə və Azərbaycan düşməni Ayvazovski

Bu gün, 10:14           
Türkiyə və Azərbaycan düşməni Ayvazovski
Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması nəinki qanunsuz idi, onun orda olması Türk dünyasına xəyanət idi.
İndi bəzi bizim sülhpərvlər özlərinə əl qatıblar ki, ay onun damarında türk qanı axır. Yalan danışmayın. O əsl erməni idi və Türklərin ona etdikləri qarşısında erməniliyindən əl çəkmirdi. Ovanes Aivazovskinin türk qanı yox idi, o, əsl qaniçən erməni olması ilə fəxr edirdi.
“Trabizonda ermənilərin qırğını”, “Ermənilər gəmilərə yüklənir”, “Ermənilər diri-diri Mərmərə dənizinə atılır” və bir sıra başqa rəsmlər çəkən necə türk ola bilər? Uydurma soyqırım barədə səfər etdiyi ölkərdə danışan bu adamın ən böyük istəyi rusların İstanbulu işğal etməsi idi.
Sultan II Əbdül Həmid ona Osmanlı dövlətinin iki ən ali ordenin vermiş idi. “Məcidiyyə” və “Osmaniyyə”. Özü də briliyant daşlarla əhatə edilən bu ordenləri o nə etdi? Qiymətli ordenlər onun həyət itinin boynuna asılmışdı. Osmanlı mükafatları ilə bəzədilmiş iti şəhərdə gəzdirdi. Sonra Ayvazovski qayıqla dənizə çıxdı və hədiyyələri və ordenləri sadəcə dənizə atdı.
Qərbi Azərbaycan və Qarabağda arxeologiya məqsədi ilə aparılan qazıntılara özü təşəbbüs edirdi. Onların bir çoxunda birbaşa iştirak etmişdir və bizim xalqa aid dəyərli əşyaları özü ilə aparıb.
Onun atası Qərbi Azərbaycandan Qalisiyaya köçmüş ermənilərdən idi. Gevork Gaivazovski idi soyadı, sonradan onu polyak qaydasında oxşadıb Ayvazoski yazıb. Ona görə də Vatikana, Papaya “Xaos. Dünyanın yaradılması” tablosuna pul almayıb və əvəzində xristian ermənilər üçün atasının doğulduğu torpaqda dövlət yaradılması üçün dəstək xahiş edib.
Bu adam Osmanlıların və Azərbaycanlıların birbaşa düşməni idi. Yaxşı ki, onun heykəlini sökdülər. Azərbaycan dövlətinin qərarını alqışlayıram
Prof.Dr.Zaur Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru