13 yaşlı qızı 40 yaşlı kişiyə zorla ərə verdilər -VİDEO
Bu gün, 09:24
Hindistanda maraqlı hadisə baş verib. NDTV-nin yaydığı məlumata görə, məktəbli qız 40 yaşlı kişiyə zorla ərə verilib.
Yerli polis bəyan edib ki, mayın 28-də 8-ci sinif şagirdi Kandivada kəndindən olan Srinivas Goud adlı 40 yaşlı evli kişi ilə evlənib. Hadisə 13 yaşlı qızın bu barədə müəlliminə danışmasından sonra üzə çıxıb və o, qalmaqallı olayı dərhal yerli hakimiyyət orqanlarına çatdırıb.
"Məlum olub ki, qız azyaşlını evləndirmək qərarına gələn qardaşı və anası ilə birgə yaşayıb. Onlar mərasimi təşkil etmək üçün vasitəçi də tapıblarmış. Hazırda toy mərasimindən sonra əri ilə iki ay yaşadığı iddia edilən zərərçəkən xüsusi himayə altındadır və psixoloji yardım alır", - nəşr yazıb.