Bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq — RƏSMİ AÇIQLAMA/FOTO

Dünən, 12:17           
Bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq —
“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır”.
Yenicag.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

Deputat yeni dəyişikliklərdə məqsədin daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaq olduğunu bildirib:

“Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına, eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq”.

V. Bayramov qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir:

“Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiricliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb.

Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.