Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq –Hökumətdən yeni qərar

14-02-2017, 08:31           
Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq –Hökumətdən yeni qərar
Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq.

Bununla bağlı Nazirlər Kabineti "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

Dəyişikliklə Beyləqan rayonunun Milabad qəsəbəsində "Mil-Qarabağ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mil" üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edilib.

Müdafiə Nazirliyi torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru