Böhran səhiyyəni də “vurdu” - Xəstəxanaların 640 əməkdaşı işsiz qaldı

16-02-2017, 01:44           

"Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilat ləğv olunub. ASC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunduqlarını elan ediblər.Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiya da ləğv olunub. Əlavə olaraq, Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, Mincivan Dəmiryolu Xəstəxanası, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi də ləğv edilib. Bu isə çox sayda insanın işsiz qalması ilə nəticələnib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bu haqda Cebhe.info-nun suallarını cavablandırıb.

O qeyd edib ki, Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib: “Artıq dövlət büdcəsindən bizə maliyyə ayrılmadığına görə rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb.

Ümumilikdə "Azərbaycan Dəmir Yolları" QSC-nin bölgələrdə fəaliyyət göstərən 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax dəmir yolu ambulatoriyası, Salyan dəmir yolu xəstəxanası, Hacıqabul dəmir yolu Xəstəxanası, Mincivan dəmir yolu xəstəxanası, Gəncə Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır”.

Fəaliyyəti dayandırılan tibb müəssisələrində ümumilikdə 640 tibb personal çalışıb”. Onların aqbətinə gəlincə, qurum rəsmisi qeyd edib ki, hələlik bu barədə nəsə söyləmək mümkün deyil.

Xatırladaq ki, "Azərbaycan DəmirYolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Metropoliten işçiləri və dəmiryolçulara pulsuz xidmət göstərilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.