Yol nişanı var, amma piyada zolağı yoxdur - Piyada və sürücülər təhlükədə
21-02-2017, 00:24
Sürətlə hərəkət edən avtomobillər yolu keçən piyadalara yol vermirlər. Piyadalar isə yolu keçməklə həyatlarını təhlükəyə atırlar. Səbəb yolda piyada zolağının olmamasıdır.
Xezerxeber.az məlumat verir ki, söhbət Bakıda “Neftçilər” metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yoldandır. Ərazidə piyada keçidini bildirən nişan olsa da, piyada zolağı yoxdur. Yaxınlıqda yaşayış evlərinin və məktəbin olması problemi daha da ağırlaşdırır.
Sürücülər də bu yolda piyada zolağının olmaması səbəbindən tez-tez qəzaların baş verdiyini və onlar üçün təhlükə yarandığını bildirirlər.
Bakı şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, həmin əraziyə baxış keçiriləcək. Piyadaların həyatı üçün təhlükəli vəziyyət varsa, problem aradan qaldırılacaq. Yolda piyada zolağının çəkilməsi üçün isə hava əlverişli olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: