AMEA magistrantlarına təqaüd veriləcək

26-05-2017, 08:50           

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Teref/info nun AzərTAca-a istinadən verdiyi məlumata görə, sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134) aşağıdakı dəyişikliklər ediləcək.

– Adında “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin.

– 1-ci hissədə “artırılaraq” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilsin.

– 1.2-ci bənddə “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

– 1-1-ci və 2-ci hissələrdə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru