“Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib” - Səlim Müslümov

2-06-2017, 13:11           
“Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib” - Səlim Müslümov
“Azərbaycanda sosial sahə yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.
O bildirib ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: “İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik olaraq gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 70,6 faizini əhatə edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru