Kamal Abdulla ADU-ya rektor gəldi, bəs, Əfqan Abdullayev... - açıqlama

2-06-2017, 13:26           
Kamal Abdulla ADU-ya rektor gəldi, bəs, Əfqan Abdullayev... - açıqlama
Dünən prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunda dəyişikliklər edib. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu, o cümlədən Kamal Abdullayevin tutduğu vəzifə ləğv olunub.
Prezident İlham Əliyevin digər sərəncamına əsasən Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, bu təyinatadək müddət əvvəl Azərbaycan Dillər Universitetinin rektor əvəzi vəzifəsini Əfqan Abdullayev icra edirdi.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfaqət Kazımova Modern.az-a açıqlamasında deyib ki, Əfqan Abdullayev yenə də ADU-da fəaliyyətini davam etdirir.
“Professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektorudur və hazırda vəzifəsini icra edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru