““Alkoqolsuz pivə”də də spirt var” - Bakıdakı məşhur pivə zavodunun direktoru

2-06-2017, 13:30           
““Alkoqolsuz pivə”də də spirt var” - Bakıdakı məşhur pivə zavodunun direktoru
"Bəzi proseslərdən sonra pivədə spirtin səviyyəsi minimal həddə "0,5%-dən artıq olmamaqla) çatır".

teref.az -nun Modern.az-a istinadən məlumatına görə, bunu “Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Belugin söyləyib. Və beləliklə də, indiyə kimi üzərində “0 faiz spirt” olduğu göstərilən "Hacı pivəsi" barədə deyilənlərin doğru olmaması üzə çıxır.

Direktor bildirir ki, ümumilikdə, alkoqolsuz pivə istehsalı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasını nəzərdə tutur:

"Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır, bu isə kvas, qatıq və digər süd məhsulları səviyyəsindədir. İstənilən pivə brendimizin etiketi üzərində onun alkoqol tərkibi qeyd olunur və bu da həqiqəti əks etdirən məlumatdır. Alkoqolsuz pivənin keyfiyyətinə gəldikdə isə, bu amil tərkibində olan spirtdən deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru