Yol polisləri ilə bağlı dəyişiklik - Gizli patrul xidmətləri göstərə bilməyəcəklər

2-06-2017, 14:21           
Yol polisləri ilə bağlı dəyişiklik - Gizli patrul xidmətləri göstərə bilməyəcəklər
"YPX əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”.

Mia.az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov məlumat verib. Onun sözlərinə görə, "Daxili İşlər Nazirliyinin Kollegiyası "Yol-patrul xidməti haqqında" yeni təlimat təsdiq edib:

"Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Artıq gizli və ya qarışıq xidmət qadağan olunur. Belə ki, polis əməkdaşı əvvəllər patrul maşınında deyil, adi bizim idarə etdiyimiz maşına oxşayan maşında xidmət edirdi. Yaxud da xüsusi uniformada yox, adi formada xidmət edir. Belə patrul xidmətləri artıq qadağan olunur. Ancaq aşkar xidmət olacaq. Bu da o deməkdir ki, polis yol patrul maşınında və uniformada xidmət edəcək.

Yəqin ki, Nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru