“Exchange”lər nə vaxt açılır? – Palata zamanı açıqladı

2-06-2017, 21:26           
“Exchange”lər nə vaxt açılır? – Palata zamanı açıqladı
Xəbər verildiyi kimi, Azərbaycanda valyuta dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir. Bununla bağlı Milli Məclisdə “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Cebhe.info-ya verilən məlumatda bildirilib ki, 3 ay ərzində valyutadəyişmə məntəqəsi açmaq üçün müraciətlər qəbul ediləcək. Palatadan bildirilib ki, yaxın zamanlarda ictimaiyyətə bu haqda ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyanı Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi.

Qeyd edək ki, "exchange" fəaliyyətinə lisenziya almaq istəyən şəxslər müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə həm milli valyutada, həm də ABŞ dollarında girov vəsaiti yerləşdirməlidirlər.
Girov vəsaitinin məbləği regionlar üzrə fərqlənir:
Bakı şəhərində - 50 min manat və 50 min ABŞ dolları,
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 25 min manat və 25 min ABŞ dolları,
Digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında - 10 min manat və 10 min ABŞ dolları.

Xatırladaq ki, valyuta mübadiləsi ilə məşğul olan şəxs lisenziyanın alınması üçün müraciət edərkən Vergilər Nazirliyindən dövlət büdcəsinə borcu və digər öhdəliyi olmadığı barədə arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında Daxili İşlər Nazirliyindən arayış təqdim etməlidir.

Nigar Məhərrəm
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.