“Moody”s” “ABB-Moskva”nın reytinqini aşağı salıb

26-07-2017, 08:21           
“Moody”s” “ABB-Moskva”nın reytinqini aşağı salıb
“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyada fəaliyyət göstərən törəməsi “ABB-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “B3 səviyyəsindən “B2”-dək endirib.

“APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinqlər üzrə proqnoz “stabil”dir.

Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) “b3”-dən “b2”-yə endirilib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) “B1” (cr) səviyyəsindən “B1” (cr) səviyyəsinə enib.

Bununla yanaşı, “Moody’s” “ABB-Moskva”nın qısamüddətli depozit reytinqini “Not Prime” səviyyəsində təsdiqləyib.

"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100%-i ABB-yə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru