Qazax rayon İcra başçısının birinci müavini vəzifəsinə təyinat olunub

9-08-2017, 08:46           
Qazax rayon İcra başçısının birinci müavini vəzifəsinə təyinat olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə Məmməd Oruc oğlu Alıyev təyin olunub. Alıyev bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri işləyib.
Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru