Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi avtomobil qəzasında dünyasını dəyişib

9-08-2017, 08:47           
Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi avtomobil qəzasında dünyasını dəyişib
Baş verən ağır yol qəzasında yaralananların adları açıqlanıb. "Report"un Qərb bürosunun məlumatına görə, yaralanan şəxslər aşağıdakılardır:
Gədəbəy rayon Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Şirinov Rauf Zahid oğlu
Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü, Əsgərzadə Samir Füzuli oğlu,
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu,
Şəmkir rayon sakini, 1984-cu il təvəllüdlü Həsənov Ceyhun Cavad oğlu.
Qəza zamanı həlak olan Zahid Şirinov Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi olub.
***00:34
Şəmkir. 9 avqust. Report.az/ Şəmkirdə ağır avtomobil qəzası baş verib. Ölən və yaralananlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazımalılar kəndinə baş verib. "Mercedes Benz" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşması nəticəsində "Niva" da olan sərnişin 1955-ci il təvəllüdlü Zahid Şirinov aldığı xəsarətdən dünyasını dəyişib. Məlumata görə qəzada daha 4 nəfərdə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.